Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Lixtenşteynlə qarşılaşacaq.
Sport1.az xəbər verir ki, Bakıda baş tutacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Kristian Petru Çokirka olacaq.
Maksimilian Vays və Mihael Obritsberqer həmin duelə yan xətt hakimləri olaraq təyinat alıblar.
Dördüncü hakim funksiyasını Şafak Parmaksız icra edəcək.
VAR-da Manuel Şyuttenqruber, AVAR-da Aleksander Harkam əyləşəcək.
Azərbaycan - Lixtenşteyn görüşü oktyabrın 1-i, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.