son dəqiqə SON DƏQİQƏ
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub ● "Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Difai"ni məğlub etdi ● Premyer Liqa klublarının yay transferləri ● "Sabah" - "Qarabağ" matçının baş tutacağı stadion və saat açıqlanıb ● "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq ● "Mingəçevir Reqatası - 2026": Füzuli mərhələsinin ilk qalibləri bəlli olub ● "Sumqayıt"dan növbəti transfer ● İnfantino U-15 Dünya Çempionatına hazırlığın gedişi ilə tanış olub ● NTD-dən daha 3 transfer ● "Qarabağ" - "Neftçi" matçının tarixi açıqlanıb ● MPL: "Sabah" və "Qarabağ"ın təxirə salınmış qarşılaşmalarının ● Millimizin Lixtenşteynə qarşı matçınının hakim təyinatları ● U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq ● Ayxan Abbasovun növbəti mətbuat konfranslarının tarixləri açıqlanıb ● Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib ● Günün oyunları: ● "Xankəndi"də yeni baş məşqçi ● İngiltərə səfərdə Çexiyaya qarşı, İspaniya Xorvatiyanı qəbul edir ● "Qarabağ"ın qapıçısı Zlomisliç millidə növbəti matçına çıxdı ● Puxaç Polşa millisində oyuna çıxdı, komandası İsveçə məğlub oldu ● "Qarabağ"ın legioneri zədələndi ● II Liqada 5-ci tur: "Ağdaş" "Ağstafa Gənclərinə" belə uduzdu ● "Hypers" "Şəki"ni darmadağın etdi ● İtaliya Türkiyə səfərindən 3 xalla qayıdır ● “Qarabağ”ın futbolçusu oynadı, komandası Ermənistanı məğlub etdi ● Ağırlıqqaldıranlarımızdan Afinada 3 medal ● Elizaveta Linnikova MAA-da ● “Şəmkir” - “Şirvan” matçında 5 qol ●

"Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Bölmə adı Sabah
Yayımlandı Bu gün, 16:09

"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.

Sport1.az xəbər verir ki, əvvəlcə dörd ev oyununu əhatə edən paket biletlərin satışı yekunlaşdırılacaq.

Paket biletlərin satışı oktyabrın 1-də, saat 12:00-da başa çatacaq.

Bundan sonra klub hər bir qarşılaşma üçün fərdi biletlərin satışına keçəcək.

Fərdi biletlərin satışının başlanma tarixi və digər detallarla bağlı məlumatların ayrıca açıqlanacağı bildirilib.

Paket biletlər azarkeşlərə "Sabah"ın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) ilə keçirəcəyi dörd ev oyununu stadiondan izləmək, həmçinin bütün qarşılaşmalarda eyni yerdə əyləşmək imkanı verir.

Klub paket biletlərə göstərilən marağın gözləntiləri üstələdiyini və dörd ev oyununun hər birinə azarkeş marağının yüksək olduğunu bildirib.

Beləliklə, bütün dörd ev oyununu eyni yerdən izləmək istəyən azarkeşlər paket biletləri oktyabrın 1-i, saat 12:00-dək əldə edə bilərlər.

Bu müddətdən sonra 4 qarşılaşmanı əhatə edən paketlərin satışı dayandırılacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR