son dəqiqə SON DƏQİQƏ

"Qalatasaray"da ciddi itki

Bölmə adı Türkiyə
Yayımlandı 17-09-2025, 18:54

"Qalatasaray" sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Ayntraxt"la səfər matçına ciddi itki ilə çıxacaq.

Sport1.az xəbər verir ki, "sarı-qırmızılılar" Viktor Osimheni Frankfurta aparmayıb. Buna səbəb nigeriyalı hücumçunun zədəsidir.

Həkimlər futbolçunun oynaya bilməyəcəyi qənaətinə gəliblər.

Qeyd edək ki, sabah keçiriləcək "Ayntraxt" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR