Misli Premyer Liqasının II turunda baş tutan "Turan Tovuz" – "Araz-Naxçıvan" görüşü (1:2) zamanı stadionda insident baş verib. Sport1.az-ın əldə etdiyi məlumata görə, komandanın köməkçi məşqçisi Yunis Hüseynov matçın gedişində azarkeşlərlə söz atışmasına girib. Tərəflər arasında gərginlik yaranıb. Qısa müddətli mübahisə zamanı emosiyalar nəzarətdən çıxıb və bəzi ifadələr sərt, hətta yüngül təhqir xarakterli olub.
Hadisədən sonra yerli azarkeşlər sosial şəbəkələrdə narazılıqlarını açıq şəkildə ifadə etməyə başlayıblar. Onlar Hüseynovun bu davranışının yolverilməz olduğunu bildirərək onun klubdan uzaqlaşdırılmasını tələb edirlər.
Məsələ artıq "Turan Tovuz" rəhbərliyinə də çatdırılıb. Klub prezidenti Ehtiram Quliyev insidentin araşdırıldığını və nəticəyə uyğun tədbir görüləcəyini açıqlayıb.
NİHAT KƏRİMLİ