son dəqiqə SON DƏQİQƏ
Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ●

"Xal qazanmaq şansımız var" - Rüstəm Məmmədov

Bölmə adı Milli / Manşet
Yayımlandı 9-09-2025, 17:14

Bu gün Azərbaycan milli komandası doğma azarkeşlər qarşısında Ukrayna yığmasını qəbul edəcək.

Səfərdə İslandiyanin ağır məğlubiyyətdən sonra yığmamızdan nə gözləmək olar? Bu barədə veteran futbolçu Rüstəm Məmmədov Sport1.az-a danışdı:

"Mövcud vəziyyətə real yanaşsaq, əsas milli komandamızın durumu heç də ürəkaçan deyil. Futbolçuların mənəvi-psixoloji hazırlığı zəifdir. Sanki motivasiyasız şəkildə meydana çıxırlar. Düşünürəm ki, baş məşqçi Santosun gedişi komandada müəyyən müsbət dəyişikliklərin başlanğıcı ola bilər. Hazırda yığmanın sükanı bir oyunluq Ayxan Abbasova həvalə olunub. O, təcrübəli mütəxəssisdir və futbolçuları oyuna kökləməyi bacarır.

Lakin təkcə baş məşqçidən asılı deyil — futbolçular da milli formanı daşıdıqlarının məsuliyyətini dərk etməli, meydanda milli ruh və əzm nümayiş etdirməlidirlər. Məncə, bu gün daha əzmkar mübarizə apararaq xal qazanmaq şansımız var".


Mirzə S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR