“Zirə”nin yarımmüdafiəçisi üçün 56 dəqiqə

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 6-09-2025, 10:21

Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Sport1.az xəbər verir ki, G qrupunda yer alan Mozambik millisi səfərdə Uqanda ilə üz-üzə gəlib.

“Zirə”dən Mozambik millisinə dəvət alan Rikardo Martins Gimaraynş da bu görüşün iştirakçısı olub.

Meydana start heyətində çıxan yarımmüdafiəçi 56-cı dəqiqədə Manuel Kambala ilə əvəzlənib.

Matç Mozambik yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Seçmə mərhələdə ardıcıl ikinci matçda uduzan Rikardo Martins Gimaraynşın komandası qrupda üçüncü yerə düşüb. 12 xala malik Mozambik sona 3 tur qalmış turnir cədvəlində Uqanda və Əlcəzairdən geri qalır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR