“Santuş istefa verməsə, özümüz tədbir görəcəyik" - AFFA-nın baş katibi

Bölmə adı Milli
Yayımlandı 6-09-2025, 00:59

Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik.

Sport1.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O, İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu (0:5) ilə bağlı danışıb:

"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR