son dəqiqə SON DƏQİQƏ
Martin Zlomisliçə yığmadan dəvət ● Millimiz Gürcüstanda 5-ci oldu ● FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksində olub ● Haiti U-15 millimizi darmadağın etdi ● Voleybol üzrə Super Liqa: 2-ci turun oyunlarının vaxtı açıqlanıb ● "DH Volley" mübarizəyə başlayır ● Ne-vaza üzrə ACF Kuboku: Bakıda keçirilən turnirin qalibləri bəlli olub ● "Böyük Dəbilqə": Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək ● "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri 3 manatdan satışa çıxarılıb ● "Kəpəz" klubunun fan-şopu fəaliyyətə başladı ● I Liqa klubunda yeni baş məşqçi ● U-19 Dünya Çempionatı: Yığmamızın üzvləri Budvada 2 medal qazandılar ● Karateçilərimizdən bir dəst medal ● Tunar Bağırovdan bürünc medal ● "Turan"ın cavab oyununu canlı yayımlayacaq kanal bəlli oldu ● "Zirə" böyük klubdur, yaxşı komandadır, əla heyəti var" ● Sualı bəyənməyən Emil Balayev müsahibəni yarımçıq dayandırdı ● "Neftçi"nin futbolçusu Qustavo Klismanın azarkeşlərdən xahişi var ● "Mingəçevir" borc bataqlığında, Region Liqasında yeni qaydalar ● Günün oyunları: ● Azərbaycan Kuboku: Yarışın 2-ci təsnifat mərhələsinin təyinatları ● Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi yubiley matçına çıxdı ● "Sabah" tarixi rekordu təkrarladı ● Millimiz İsraili məğlub etdi ● "Turan Tovuz" üçün əlamətdar matç ● "İmişli"dən yubiley qələbəsi ● "Zirə"nin hücumçusu ölkə çempionatları tarixinə düşdü ● "Araz-Naxçıvan"ın Çempionlar Liqası qarşılaşmasının hakim təyinatları ●

"Döyüşkən futbol sərgiləməliyik" - Vidadi Rzayev

Bölmə adı Milli / Manşet
Yayımlandı 5-09-2025, 19:48

Bu gün yığmamız DÇ-2026 seçmə mərhələsi çərçivəsində səfərdə İslandiyanın qonağı olacaq.

Matçla bağlı veteran futbolçu Vidadi Rzayev Sport1.az-a açıqlama verdi.

"İslandiya güc futbolu sərgiləyən, aqressiv kollektivdir. Həyətlərində də top-liqada çıxış edən oyunçuları var. Odur ki, bizi olduqca çətin oyun gözləyir. Yeni mövsümdən Premyer Liqamızda legioner limitinin aradan qaldırılması yığmamıza da təsirini göstərməkdədir. Çünki Fernando Santuşun seçimini məhdudlaşdırıb. Reallığı qəbul edək ki, portuqaliyalı mütəxəssis bu gün güclü rəqibə qarşı açıq futbol sərgiləyə biləcək heyətə sahib deyil. Ona görə də "Buzlar ölkəsi"ndə 2-ci nömrə ilə oynayacağıq. Başlıca məqsəd müdafiədə boşluq verməyib, qapının toxunulmazlığını təmin etmək olacaq. İstənilən halda Azərbaycan keçməsindən həmişə uğurlu nəticə gözləmək olub. Hamınız istəyirik ki, millimizin adı yüksək zirvələrdən gəlsin. Bu gün İslandiyadan xal ilə qayıtsaq uğurlu nəticə olar. Məğlub da olsaq, heç olmasa əzmkar, döyüşkən futbol sərgiləməliyik".

Mirzə S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR