Azərbaycan II Liqasında mübarizə aparacaq "Şəki PFK" klubu yeni mövsümə hazırlaşır.
Sport1.az xəbər verir ki, klub rəhbərliyi komandanın sükanını təcrübəli və UEFA Pro lisenziyalı mütəxəssis Bəhmən Həsənova tapşırıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Klubdan verilən məlumata görə, Bəhmən Həsənovun qarşısına qoyulan əsas məqsəd komandanın liqada ən yüksək yerlər uğrunda mübarizə aparmasını təmin etməkdir.