son dəqiqə SON DƏQİQƏ
Azərbaycan Basketbol Liqası: Yeni mövsümə start verilir ● FİBA Avropa Kuboku: "Neftçi" cavab matçına çıxır ● Millimiz Kilmarnokda Şotlandiya seçməsi ilə üz-üzə gəlir ● "Şəfa" rəhbərliyi Avropa Futbol Klubları təşkilatının Baş Assambleyasında ● Premyer Liqa klublarının yay transferləri ● İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qalib gəldi ● Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib ● “Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib ● “Zirə”nin futbolçusu millidə fərqlənib ● I Liqa: IV turun oyun cədvəli açıqlanıb ● “Marafon”dan darmadağın ● ABF yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib ● Tamerlan Əzizov ilk ATP reytinq xallarını qazanıb ● “Qaradağ Lökbatan” 3 xalı 4 qolla qazandı ● Amerikalı basketbolçu “Sumqayıt”da ● AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub ● "Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Difai"ni məğlub etdi ● "Sabah" - "Qarabağ" matçının baş tutacağı stadion və saat açıqlanıb ● "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq ● "Mingəçevir Reqatası - 2026": Füzuli mərhələsinin ilk qalibləri bəlli olub ● "Sumqayıt"dan növbəti transfer ● İnfantino U-15 Dünya Çempionatına hazırlığın gedişi ilə tanış olub ● NTD-dən daha 3 transfer ● "Qarabağ" - "Neftçi" matçının tarixi açıqlanıb ● MPL: "Sabah" və "Qarabağ"ın təxirə salınmış qarşılaşmalarının ● Millimizin Lixtenşteynə qarşı matçınının hakim təyinatları ● U-19 Avropa Çempionatı: Millimiz yarışa bu mərhələdən başlayacaq ● Ayxan Abbasovun növbəti mətbuat konfranslarının tarixləri açıqlanıb ●

“Əlimizdən gələnin ən yaxşısını edəcəyik” - Rəşad Sadiqov

Bölmə adı Digər turnirlər
Yayımlandı 30-08-2025, 20:43

“Qarabağ”ın 19 yaşlılardan ibarət komandası UEFA Çempionlar Liqasında iştirak edəcək.

Bununla bağlı komandanın baş məşqçisi Rəşad Sadiqov UEFA Gənclər Liqasında iştirakla bağlı fikirlərini Sport1.az-a bölüşüb.

Sadiqov turnirin böyük əhəmiyyət daşıdığını qeyd edib:

“Çox sağ olun. Bu turnir hamımıza məlum olduğu kimi Çempionlar Liqasının bir hissəsidir. Burada iştirak edən komandalar kifayət qədər güclüdür. Maraqlı oyunlar bizi gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Baş məşqçi bildirib ki, hazırlıq prosesi üzərində ciddi işlər görülür:

“Turnirlə əlaqədar olaraq komandamızın təlim-məşq toplanışını planlaşdırırıq. Ən qısa zamanda bu prosesi yekunlaşdırmaq və heç bir boşluq buraxmamaq üçün çalışırıq. Həm rəhbərlik, həm də məşqçilər heyəti ilə məsləhətləşmələr aparılır. Məqsədimiz hazırlığı vaxtında başa çatdırmaq və turnirə tam hazır olmaqdır”.

Transfer məsələsinə də toxunan Sadiqov qeyd edib ki, danışıqlar aparılır:

“Bu barədə danışıqlar gedir. Lakin, indi tam dəqiq bir şey deyə bilmərəm”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR