son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Haiti nə ölkədir ki, onlara 0:3 hesabı ilə uduzuruq? - ARAŞDIRMA

Bölmə adı Yazı / Manşet
Yayımlandı 24-03-2025, 09:19

Kim nə deyir, desin, insanın şüuraltı davranışlarından biri də müqayisədir.

Bir yerdə oturub çay içirsən, oranı başqa məkanla müqayisə edirsən. Köynək almaq istəyirsən, digərini də geyinərək əynində yoxlayırsan. Bu, bizim təbiətimizdir. Şüuraltımız da hər şeyi müqayisə edir. Yaxşının - pisin fərqini bilirik. Şüurumuz yaxşılar arasından da idealını seçmək üçün inkişaf edib. Biznesdə bu, bençmarkinq adlı xüsusi sahədir. Hər nə qədər fəlsəfi səslənsə də, bu müqayisə fenomeni həqiqətdir. Gözardı edilməyəcək qədər böyük həqiqət.

Kubanın şərqində yerləşən Hispaniyola adasında iki ölkə var: qərbində 28 min kv. km sahəsi və 11 milyon nəfər əhalisi olan Haiti, şərqində 48 min kv. km sahəsi və 10 milyon nəfər əhalisi olan Dominikan Respublikası yerləşir. İkinci ispan, birinci fransız və Haiti kreol dilinin istifadə olunduğu dövlətdir.

Doğma vətənimiz Azərbaycanı müqayisə etmək də bizim üçün həyatın bir parçasıdır. Kimsə ABŞ-yə gedirsə, dərhal ölkəmizlə oranı müqayisə etməsini istəyirik. Özümüz harasa səfər ediriksə, başlayırıq Azərbaycanla fərqlərini götür-qoy etməyə. Bu ölkənin övladı olaraq 2 gün öncə yoldaşlıq görüşündə 0:3 hesabı ilə məğlub olduğumuz Haiti ilə özümüzü müqayisə etmək istəyirəm. 3 istiqaməti əsas götürəcəm: tarix, iqtisadiyyat və idman.

Azərbaycanın tarixi ilə Haitini müqayisə etmək mümkünsüzdür

Müstəqil olduğu vaxtlardan günümüzə qədər ölkədə hər zaman siyasi qeyri-stabillik müşahidə edilmişdir. 2004-cü ildə baş verən hərbi çevriliş və 2010-cü ildəki Haiti zəlzələsi dövlətin iqtisadi və siyasi vəziyyətini daha da pisləşdirmiş, stabilliyini dərindən sarsmışdır. Haiti Respublikası BMT-nin və Karib Ölkələri Birliyinin təşəbbüsü ilə yaradılıb. Yəni, bura BMT tərəfindən qurulmuş respublikadır. Azərbaycanın şanlı tarixini tərəzinin bir, Haitini digər gözünə qoymaq mümkünsüzdür.

Azərbaycan iqtisadiyyatı Haitidən 3,6 dəfə böyükdür

İqtisadiyyat barədə çox danışmaq olar, amma ÜDM göstəriciləri ilə bu mövzunu qısa yoldan bitirək. Ölkə Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Kasıb və qeyri-stabil olan Haiti Amerika qitəsində ən aşağı İnsan İnkişaf İndeksinə sahib olan ölkədir. Dövlətin ÜDM-i 20 milyard dollardır. Azərbaycanda isə bu göstərici 72 milyarddır. Yəni, ölkəmizin iqtisadiyyatı Haitidən 3,6 dəfə böyükdür.

Haiti idman ölkəsi deyil

İdmanın şahı futboldur. Amma ölkələr arasında müqayisəni Yay Olimpiya Oyunlarındakı nəticələrə uyğun etmək lazımdır. Fransada 1900-cü ildə keçirilən 2-ci Yay Olimpiya Oyunlarında ilk dəfə iştirak edən Haiti bu günədək 1 gümüş, 1 bürünc medal qazanıb. Azərbaycan ilk dəfə 1996-cı ildə ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilən 26-cı Yay Olimpiya Oyunlarında iştirak edib. İdmançılarımız Olimpiyadalarda bu günədək 9 qızıl, 16 gümüş və 31 bürünc olmaqla cəmi 56 medal qazanıb. Yəni, Haiti heç idman ölkəsi də deyil.

2 gün öncə "Gənclik şəhəri" Sumqayıtda futbol üzrə Azərbaycan milli komandası ilə Haiti üz-üzə gəldi. Oyunda baş verənlərdən xəbəriniz var. Tarixi, iqtisadiyyatı, idmandakı nəticələri Azərbaycandan ən azı 3 dəfə zəif olan ölkənin millisi bizim yığmanı gözümüzün qarşısında darmadağın etdi. Bunun səbəbi nədir? Bu sualın cavabını AFFA və onun rəhbər şəxsləri daha gözəl bilirlər...

AQİL ŞÜKÜROV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR