son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Avropa Çempionatında Azərbaycan derbisi baş tutdu

Bölmə adı Şahmat
Yayımlandı 23-03-2025, 09:50

Rumıniyanın Eforie Nord şəhərində bir günlük fasilədən sonra kişilər arasında şahmat üzrə Avropa Çempionatı davam edir.

Sport1.az xəbər verir ki, bu gün 7-ci turun qarşılaşmaları keçirilib.

Azərbaycan şahmatçıları arasında ən yüksək nəticəyə malik Məhəmməd Muradlı almaniyalı Frederik Svaynla qarşılaşıb. Təmsilçimiz uduzaraq, liderlər qrupundan uzaq düşüb.

Avropa Çempionatında Azərbaycan derbisi də olub: Misrətdin İskəndərov Aydın Süleymanlı ilə oynayıb. Aydın qalib gəlib. Süleymanlı ilə yanaşı turu qələbə ilə başa vuran Nicat Abasov və Əhməd Xaqan 5 xalla liderdən 1 xal geri qalırlar.

Həmçinin Dünya Kubokuna 20 vəsiqə verən qitə çempionatında ümumilikdə 13 şahmatçımız çıxış edir.

Yeddinci turda təmsilçilərimizin qarşılaşacaqları rəqiblər:

Frederik Svayn (Almaniya) - Məhəmməd Muradlı - 1:0
Misrətdin İskəndərov - Aydın Süleymanlı - 0:1
Evgenios İoannidis (Yunanıstan) - Nicat Abasov - 0:1
Əhməd Əhmədzadə - Luc Travadon (Fransa) - 0,5:0,5
Xaqan Əhməd - Valentin Draqnev (Avstriya) - 1:0
Daniel Vokaturo (İtaliya) - Vüqar Manafov - 0,5:0,5
Şiroğlan Talıbov - Dominik Horvat (Avstriya) - 0:1
Read Səmədov - Eyal Nuh (İsrail) - 1:0
Ümid Aslanov - İoannis Kalogeris (Yunanıstan) - 0,5:0,5
Daniil Mosesov (Ukrayna) - Şahin Vəliyev - 0:1
Elmar Atakişiyev - Egehan İpek (Türkiyə) - 0:1
Sarp Şahin (Türkiyə) - Süleyman Süleymanlı - 0:1

Turnir cədvəli: 1. Baadur Jobaba (Gürcüstan) - 6 xal... 36. Aydın Süleymanlı. 42. Nicat Abasov, 48. Əhməd Xaqan - hərəsi 5 xal.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR