son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

"Ən azı pley-off həyəcanı yaşamaq istəyirdik" - "Sabah"ın üzvü

Bölmə adı Konfrans Liqası / Manşet
Yayımlandı 18-08-2025, 14:47

Abdulax Xaybulaevin Sport1.az-a müsahibəsi...

- Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında "Levski"yə (Sofiya) məğlub oldunuz...
- Qələbə üçün meydana çıxmışdıq. Amma rəqib bizi daha yaxşı təhlil etməyi bacarmışdı. Onlar çox kompakt müdafiə olunmaqla yanaşı, meydanın hər sahəsində boşluq vermədilər.

- Səfərdəki qarşılaşma ilə müqayisədə bu oyunda "Sabah"ın əsas çatışmazlığı nə oldu?
- Bu barədə nəsə deyə bilmərəm. Nöqsanlarımiz var. "Levski" ilə oyunumuzu təhlil etməliyik ki, çempionatda həmin səhvləri etməyək.

- 6 avrokubok matçı keçirdiz. Səncə, qazancınız nə oldu?
-Konul istərdi ki, daha çox oyun keçirək. Ən azı pley-off həyəcanını yaşamaq istəyirdik. Amma alınmadı. Buna rəğmən, 6 oyunda yaxşı təcrübə qazandığımızi düşünürəm.

- Çempionat başlayıb. Premyer Liqada hədəfiniz nədir?
- Ötən mövsüm elitada istədiyiniz kimi çıxış etmədik. Bu il Premyer Liqada daha yaxşı mübarizə aparmali və mükafatçılar sırasında yer almalıyıq.

- İlk oyunuzu "Qarabağ"a qarşı keçirməli idiniz. Lakin matç təxirə salındı. Bunu daha yaxşı hazırlaşmaq üçün bir qədər də vaxt udmağınız kimi dəyərləndirmək olar?
- Bu il bizi bütün rəqiblərlə gərgin mübarizə gözləyir. İlk turdakı oyunumuz təxirə salındı. Bizi "Şamaxı" ilə də çətin matç gözləyir. Bölgə təmsilçisi ötən mövsüm yaxşı oyun sərgiləyənlərdən idi. Düşünürəm ki, onlar yenə mübariz komandalardan olacaqlar. Lakin Şamaxı səfərindən qələbə ilə dönmək arzusundayıq.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR