son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

"Sumqayıt" yeni mövsüm üçün formalarını təqdim etdi - VİDEO

Bölmə adı Premyer Liqa
Yayımlandı 15-08-2025, 23:13

2025/2026-cı illər futbol mövsümü üçün hazırlıqları davam etdirən "Sumqayıt" rəsmi oyun formalarını təqdim edib.

Sport1.az xəbər verir ki, "Sumqayıt" Futbol Klubunun yaradılmasının 15-ci il dönümünə və klubun Azərbaycan çempionatının yüksək dəstəsində - Premyer Liqada keçirəcəyi 15-ci mövsümünə ithaf olunan formaların üzərində klub loqosunun altında bu məqam xüsusi qeyd edilib.

Videonun iki əsas ana xətti var.

Birinci xətdə teatr tamaşasına işarə edilib və 15 illik eyni səhnədə (Premyer Liqada) bu dəfə fərqli tamaşanın oynanılacağı mesajı verilir.

İkinci xətt isə klubun məşhur "Böyük Şəhərin Tək Komandası" devizinə uyğun olaraq Sumqayıt şəhərinin müxtəlif nöqtələrində oyun formalarının görüntülərini əks etdirir.

Dinamik keçidlər və maraqlı rakurslardan çəkilən görüntülərlə zəngin videorolikdə oyun formasının əsas elementləri, loqotiplər, naxışlar, sponsor firmaların nişanları əks etdirilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR