son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

Rahid Əmirquliyev “Qarabağ”a inanır – AÇIQLAMA

Bölmə adı Çempionlar Liqası / Manşet
Yayımlandı 15-08-2025, 14:28

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında “Şkendiya”nı 5:1 hesabı ilə darmadağın etdi.

Ağdam təmsilçisi bu nəticə ilə pley-offa yüksəldi. “Köhlən atlar” bu mərhələdə Macarıstan klubu “Ferentsvaroş”la qarşılaşacaq.
“Şkendiya” ilə matç komandamızın əsl gücünün göstəricisidir? “Qarabağ” bu oyunla “Ferentsvaroş”u keçə bilər? Suallarımızı Rahid Əmirquliyevə ünvanladıq. Millimizin sabiq üzvü mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Oyundan öncə favorit "Qarabağ" hesab olunurdu. Matçın startı "köhlən atlar" üçün yaxşı başlamadı. Erkən qol buraxdıq. Bu, "Qarabağ" futbolçularını yuxudan oyatdı. Daha sonra ağdamlılar matçda dominatlıq etməyə başladılar. Komandamız fasiləyə kimi 4 qol vuraraq üstünlüyü ələ aldı. İkinci hissəyə “Qarabağ” bir qədər arxayın çıxdılar. Burada da bir qol vuraraq qələbə qazandıq. Düşünürəm ki, hesab daha böyük ola bilərdi. Bu mərhələdə rəqibimiz “Ferentvaroş” olacaq. Macarlar bizə tanışdırlar. Vaxtilə bu komandanı məğlub edərək mərhələ adlamışıq. Amma hazırda Macarıstan təmsilçisi çox güclənib. "Qarabağ" üçün heç də asan olmayacaq. Təmsilçimizin pley-offda iki ağır oyun gözləyir. Buna rəğmən, Qurban Qurbanovun komandasının sevinən tərəf olacağına inanıram".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR