son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

Saşa İliç "Sumqayıt"ın yay hazırlıq toplanışından danışdı

Bölmə adı Premyer Liqa
Yayımlandı 7-08-2025, 21:35

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç komandanın Qəbələ toplanışını dəyərləndirib.

Sport1.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada deyib: "Düşünürəm ki, çox yaxşı və məhsuldar bir təlim-məşq toplanışı keçirdik. Bizə yaradılan şərait, meydançalar, qaldığımız otel, bir sözlə hər şey möhtəşəm idi. Ən önəmlisi budur ki, toplanışı zədəsiz başa vurduq.

Sonuncu yoxlama oyununa gəlincə isə düşünürəm ki, bu matç bütün oyunlarımızın arasında ən yaxşısı idi. Artıq komandam demək olar ki, mənim nə istədiyimi dərk edir və ona uyğun çıxış etməyə çalışır. Əvvəlki matçlarda olduğu kimi burada da sadə vəziyyətlərdə səhvlərə yol verdik. Mövsümün ilk matçı üçün qarşıda 1 həftə vaxtımız var. Düşünürəm ki, səhvlərimizin üzərində maksimum çalışıb "Kəpəz"lə oyuna tam hazır olacağıq".

Qeyd edək ki, yay hazırlıq toplanışı çərçivəsində "Sumqayıt" "İmişli" ilə 0:0, "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib, "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib və "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR