Fransa millisində itki

Bölmə adı Futbol
Yayımlandı 18-03-2025, 12:51

Fransa milli komandası ciddi itki ilə üzləşib.

Sport1.az xəbər verir ki, İtaliyanın “İnter” komandasında çıxış edən Markus Türam topuğundan zədə alıb.

27 yaşlı hücumçu bu səbəbdən UEFA Millətlər Liqasının pley-off mərhələsində Xorvatiya ilə görüşləri buraxacaq.

Komandalar arasında ilk oyun martın 20-də, cavab görüşü isə 23-də keçiriləcək.

Müəllif: Sport1.az