son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Azərbaycan birinciliyinin qalibləri

Bölmə adı Digər
Yayımlandı 17-03-2025, 17:00

Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Sport1.az xəbər verir ki, Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunan yarışda daha 10 çəki dərəcəsi üzrə ən güclülərin adına aydınlıq gəlib.

15 yaşadək oğlanların mübarizəsində Ayxan Məmmədov (81 kq), Muhammədəli Məmmədzadə (89 kq), Rihad Nuriyev (96 kq), Nihad Süleymanov (110 kq) və Elmar Quluzadə (+102 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmələrin mübarizəsində İsa Əliyev (81), Allahverdi Qaragözov (89 kq), Aslan Əmiraslanov (96 kq), Sultan Sultanov (102 kq), Təyyar Dövlətov (+102 kq) bütün rəqiblərini üstələyib.

15 yaşadək qızların komanda yarışında “Göyəzən”, UGİM/LAGİİ və BAF müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutub. Yeniyetmə qızların komanda yarışında “Göyəzən”, Sumqayıt İOEUGİŞM/“Təhsil” RİM və BAF müvafiq olaraq ilk üç pillədə qərarlaşıb.

15 yaşa qədər oğlanların komanda yarışında UGİM/QTRGİİ, UGİM/ LAGİİ və UGİŞM/”Təhsil” RİM müvafiq şəkildə birinci, ikinci və üçüncü yeri təmin edib. Yeniyetmə oğlanların yarışında isə UGİM/QTRGİİ, UGİM/DŞRGİİ və Zirvə İSC müvafiq olaraq ilk üç yerdə qərarlaşıb.

15 yaşa qədər olan oğlanlar arasında Musab Məmmədtağıyev (UGİM/QTRGİİ, Qazax), yeniyetmələrdə isə İsa Əliyev (UGİŞM /”Təhsil” RİM, Lerik) ən yaxşı idmançı adına layiq görülüblər.

15 yaşa qədər qızlar arasında Malikə Biçekuyeva (“Bəhrə” İK, Samux), yeniyetmə qızlar arasında isə Aytən Əliyeva ("Göyəzən AAK", Qazax) ən yaxşı idmançı seçiliblər.

Komanda hesabında ilk 3 yeri tutan kollektivlərə və ən yaxşı idmançılara kuboklar təqdim edilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR