İspaniyanın "Real" klubunun futbolçusu Eduardo Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər. Sport1.az xəbər verir ki, "Mançester Siti" 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola fransalı oyunçunu komandasında görmək istəyir. Kamavinqa yay transfer dönəmində klubun əsas hədəfi olacaq.
Qeyd edək ki, futbolçunun Madrid təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatmalıdır.