son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

"Heç-heçə ədalətli nəticə oldu" - Siyasət Əsgərov

Bölmə adı Qızlar Liqası
Yayımlandı 22-02-2025, 11:30

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının I turu çərçivəsində Bakıda Monteneqro yığması ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.

Sport1.az xəbər verir ki, mütəxəssis heyətdəki itkilərin və hava şəraitinin planlarına təsir etdiyini söyləyib:

“Çox önəmli oyuna çıxmışdıq. Çətin mübarizə olacağını gözləyirdik. Çünki rəqib çox keyfiyyətli komanda idi. İşimizi çətinləşdirən məqamlardan biri də heyətimizdə itkilərin olması idi. Həm zədəli, həm də cəzalı oyunçumuz var idi. Həmçinin qeyri-sabit hava şəraiti də hər iki komandaya çətinlik yaratdı. Oyun öncədən nəzərdə tutulan vaxtdan iki saat gec başladı. Bərabər səviyyədə mübarizə izlədik. Hər iki komandanın fərqlənmək üçün şansları oldu. Düşünürəm ki, bu matçda heç-heçə ədalətli nəticə oldu”.


Baş məşqçi milliyə yeni çağırılan oyunçulardan razı qaldığını deyib:

“Qızlar xarakter göstərdilər, sona qədər mübarizə apardılar. Meydana çıxan futbolçular müxtəlif səbəblərdən komandada olmayanları layiqincə əvəzlədilər. Məsələn, qapıçımız Nərgiz Əliyeva ilk dəfə rəsmi matçda start heyətində çıxış edirdi. Onun performansını çox bəyəndim. Ümumi götürdükdə komandamız çox yaxşı mübarizə apardı”.


Siyasət Əsgərov məqsədlərinin qrupu birinci pillədə bitirmək olduğunu vurğulayıb:

“Artıq qarşıdakı oyun barədə düşünəcəyik. Qrupda daha 3 matçımız olacaq. İstəyimiz həmin görüşlərdə hədəflədiyimiz xalları qazanaraq, B Liqasına yüksəlməkdir”.


Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz növbəti oyununu aprelin 4-də səfərdə Litva yığmasına keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR