son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

140 milyon avroluq oyunçu zədələndi

Bölmə adı Almaniya
Yayımlandı 10-03-2025, 18:20

"Bayer 04"ün ulduzu Florian Virtz Çempionlar Liqasındakı "Bavariya" matçını və Almaniya millisinin qarşıdakı oyunlarını buraxacaq.

Sport1.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb:

"Bayer 04" Florian Virtzsiz oynamaq məcburiyyətində qalacaq. Almaniya millisinin üzvü şənbə günü "Verder Bremen"ə qarşı keçirilən ev oyununda (0:2) sağ ayaq biləyində bağların zədələnməsi ilə nəticələnən bir zədə alıb. Oyundan sonra edilən MRT müayinəsi bu diaqnozu təsdiqləyib. 21 yaşlı yarımmüdafiəçi bir neçə həftə meydanlardan uzaq qalacaq".

Beləliklə, hücumameylli yarımmüdafiəçi çərşənbə axşamı "Bavariya"ya qarşı keçiriləcək Çempionlar Liqası matçını buraxacaq.

Məlumdur ki, Virtz artıq Almaniyanın İtaliya ilə ilk matçında cəzalı idi, lakin indi cavab görüşünü də buraxmalı olacaq. O, yığmanın qarşıdakı UEFA Millətlər Liqasındakı 1/4 final oyunlarında da iştirak etməyəcək.

Klubun idman direktoru Simon Rolfs oyunçuya dəstəyini nümayiş etdirib:

"Florianın itkisi mövsümün bu mərhələsində bizim üçün ağırdır, lakin güclü heyətimizlə bunu kompensasiya edəcəyik. Biz Florianı tanıyırıq və bilirik ki, o, mümkün qədər tez qayıdacaq. Hamımız ona bu prosesdə dəstək olacağıq. Mövsümün sonuna tam hazır olacağına inanırıq".

Qeyd edək ki, məşhur "Transfermarkt"ın qiymətləndirməsinə görə, Florian Virtzin bazar dəyəri 140 milyon avrodur və o, "Bavariya"nın ulduzu Camal Musiala ilə birlikdə Bundesliqanın ən bahalı iki oyunçusundan biridir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR