son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Güllə atıcılarımız Avropa Çempionatında uğursuz nəticələr əldə ediblər

Bölmə adı Digər
Yayımlandı 10-03-2025, 11:35

Xorvatiyanın Osiyek şəhərində keçirilən 10 m məsafədən atəş açma üzrə Avropa çempionatı davam edir.

Sport1.az xəbər verir ki, Azərbaycan yığmasının güllə atıcıları da mübarizəyə qoşulublar.

Kişilərin tapança ilə atəş açma yarışında ən yaxşı təmsilçimiz Ruslan Lunyov 578 xalla təsnifat mərhələsində 15-ci olub. Elvin Astanov 569 xalla 52-ci, Vladislav Kalmıkov 568 xalla 54-cü, Rəsul Məmmədov 558 xalla 77-ci yeri tutub. Onlardan heç biri final mərhələsinə yüksəlməyib.

Komanda yarışında Ruslan, Elvin və Vladislav “üçlüy”ü 1715 xal toplayıb. Yığmamız 9-cu yeri tutub.

Qadın təmsilçilərimiz də təsnifat mərhələsini adlaya bilməyiblər. 569 xalla 23-cü olan Nigar Nəsirova onların arasında ən yaxşı nəticə göstərib. Zeynəb Sultanova 561 xalla 45-ci, Leyli Əliyeva 561 xalla 58-ci, Xanna Əliyeva 559 xalla 50-ci, Nəzrin Abbaslı 553 xalla 62-ci olub.

Komanda yarışında Nigar, Leyli və Xanna “üçlüy”ü 1689 xal toplayıb. Millimiz 9-cü yerlə kifayətlənib.

Tüfənglə atəş açmada qarışıq komanda yarışları baş tutub. Jalə Bayramova və Üzeyir Tapdıqlı təsnifat mərhələsində 614,3 xalla 35-ci yeri tutublar. 612,5 xal yığan Nuranə Əliyeva və Ramiz Xəlilov 36-cı pillədə qərarlaşıblar.

Qeyd edək ki, Avropa çempionatına bu gün yekun vurulacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR