son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Qadın qılıncoynadanlarımız dünya dördüncüsü oldu

Bölmə adı Digər
Yayımlandı 10-03-2025, 12:12

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunda 4-cü olub.

Sport1.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan millimiz ilk görüşündə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gəlib. Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstan seçmə kollektivini 45:43 hesab ilə məğlub edib. Bu qarşılaşmada komandamızın üzvü Anna Başta zədə səbəbindən çıxışını davam etdirə bilməyib.
Komandamız qələbə seriyasını növbəti görüşdə də davam etdirib. Qadın sablyaçılarımız bu dəfə ABŞ yığmasını 45:38 hesabı ilə üstələyərək adını ən güclü 4-lüyə yazdırıb. Yarımfinalda fransalı rəqiblərinə 30:45 hesab ilə uduzan sablyaçılarımız 3-cü yer uğrunda keçirilən qarşılaşmada Koreya Respublikasına 33:45 hesabı ilə məğlub olub.

Bir gün öncə keçirilən qadın sablyaçıların şəxsi yarışında isə ən yaxşı göstərici Anna Baştaya məxsusdur. Anna qadın sablyaçıların şəxsi yarışında yekun sıralamada 12-ci olub. Səbinə Kərimova 45, Palina Kaspiaroviç 60, Zərifə Hüseynova isə 146-cı olub.
Dünya Kubokunda 200-dən çox qadın sablyaçı yarışıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR