son dəqiqə SON DƏQİQƏ
Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ● "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" ●

“Qarabağ” “Sumqayıt”a şans tanıyacaq?”

Bölmə adı Premyer Liqa
Yayımlandı 4-05-2025, 15:10

Misli Premyer Liqasında 33-cü turunun daha bir maraqla gözlənilən görüşündə "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək.

Sport1.az xəbər verir ki, görüş artıq çempionluğunu təmin etmiş meydan sahibləri üçün formal xarakter daşıyır. Turnir cədvəlinin 8-ci sırasında qərarlaşan "Sumqayıt" üçün isə mövqeyini əldən verməmək və daha yuxarı pillələrdə yer almaq üçün vacib əhəmiyyət kəsb edir. Bu tərəflər arasında 51-ci qarşılaşma olacaq. Son oyunda "köhlən atlar" səfərdə iki cavabsız qolla qalib gəlib - 0:2.

Öncəki oyunların 38-də Ağdam klubu, 7-də isə "kimyaçılar" qələbə qazanıb. 5 matçda isə bərabərlik qeydə alınıb.

Bu oyuna qədər çempionarın şəriksiz lideri Sumqayıt təmsilçisinin qapısından 124 top keçirib. Qonaqlar isə bu qollardan cəmi 23-nün əvəzini çıxa bilib.

Qonaqlar son 5 görüşdə "Qarabağ"ın "çərçivəsi"nə ümumiyyətlə yol tapa bilməyib. Sizcə, sözügedən uğursuz seriyaya bu gün son qoyulacaq?

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR