son dəqiqə SON DƏQİQƏ
Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb Millimizin heyəti açıqlanıb AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək II Liqada 5-ci turun hakim təyinatları "Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi

Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub

Bölmə adı Taekvondo
Yayımlandı Bu gün, 20:36

Taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlı idmançılar arasında ölkə çempionatı başa çatıb.

Sport1.az xəbər verir ki, sentyabrın 21-dən 24-dək Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda (FHN İSK) keçirilən yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən klubların taekvondoçuları iştirak ediblər.

İlk üç gündə uşaqlar arasında ölkə birinciliyi keçirilib. 2015–2017-ci il təvəllüdlü 403 idmançı (310 oğlan, 93 qız) 72 klubun heyətində mübarizə aparıb. Oğlan və qızlar 10 çəki dərəcəsində qüvvələrini sınayıblar.

Sentyabrın 24-də isə 16–21 yaşlılar arasında ölkə çempionatı keçirilib. 34 klubdan 98 taekvondoçu (60 kişi, 38 qadın) 16 çəki dərəcəsində mübarizə aparıb.

Yarışların yekununda ümumi komanda hesabında FHN İSK birinci, 1 saylı UGİŞM – Gəncə ikinci, “Fighter” TK üçüncü, “Fərasət” TK dördüncü, “Uğur” TK isə beşinci yeri tutub. İlk beşlikdə qərarlaşan komandalar kubokla təltif olunublar.

Qeyd edək ki, taekvondo üzrə yarışlar sentyabrın 25-də FHN İSK-da keçiriləcək “Koreya Səfiri Kuboku” ilə davam edəcək. Birgünlük turnirdə 48 klubdan 164 taekvondoçu (93 oğlan, 71 qız) iştirak edəcək. 2009–2011-ci il təvəllüdlü idmançılar oğlanlar arasında 5, qızlar arasında isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR