SON DƏQİQƏ
“Kəpəz”in 14 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan U-17 qızlar millisi ilə yoxlama matçı keçirib.
Sport1.az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma hərəsi 40 dəqiqədən ibarət iki hissə üzrə keçirilib.
Görüş “Kəpəz” U-14-ün 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gəncə təmsilçisinin heyətində Rizvan Səmədli, Həsən Həsənli və Əziz Quliyev fərqləniblər.
Qeyd edək ki, qarşılaşma U-17 qızlar millisinin “Kəpəz” PFK-nın məşq mərkəzində keçdiyi təlim-məşq toplanışı çərçivəsində təşkil olunub. Yığma sabah Gəncədəki hazırlığı başa vuraraq Avropa çempionatının seçmə mərhələsində iştirak etmək üçün Albaniyaya yollanacaq.