Veteran futbolçu İsgəndər Cavadov Peşəkar Futbol Liqasının qonağı olub.
Sport1.az xəbər verir ki, o, PFL prezidenti Elxan Səmədovla görüşüb.
Görüşün sonunda PFL prezidenti Elxan Səmədov qonağa xüsusi xatirə hədiyyəsi təqdim edib.
Sentyabrın 20-də 70 yaşı tamam olan İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.