son dəqiqə SON DƏQİQƏ
"Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb Cüdoçularımız Dünya Çempionatını 11 medalla başa vurub “Neftçi” Estoniya klubunu məğlub edib Şahmatçılarımızdan fərqli nəticələr Azərbaycan - Tacikistan: "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram"

Azərbaycan millisi Avropa Çempionatında rekord vurub

Bölmə adı Digər
Yayımlandı Bu gün, 12:54

Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatında medal sayında yeni rekord vurub.

Sport1.az xəbər verir ki, yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.

Boksçumuz Səidcəmşid Cəfərov (75 kq) Avropa Çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb.

İndiyədək idmançılarımız analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olmuşdular.

2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə təmsilçilərimiz 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər.

Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddur.

Millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kq) Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) yarımfinala vəsiqə əldə edib.

Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medalı rəsmiləşdirib.

Çempionata sabah yekun vurulacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR