Paracüdo üzrə millimiz sentyabrın 25-dən 27-nə qədər Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Çempionatında mübarizə aparacaq.
Sport1.az xəbər verir ki, yarışda kişilər arasında İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq), Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlar arasında Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) çıxış edəcəklər.
Paracüdoçularımızın yarışda hazırlığına baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.