Çində batut və tamblinq üzrə Dünya Çempionatında iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlanıb.
Sport1.az xəbər verir ki, yarışda ölkəmizi 7 idmançı təmsil edəcək.
Batut yarışlarında Maqsud Mahsudov, Selcan Mahsudova, Hüseyn Abbasov qüvvələrini sınayacaqlar.
Tamblinq üzrə mübarizədə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov bacarıqlarını nümayiş etdirəcəklər.
Noyabrın 4-dən 8-nə qədər təşkil olunacaq mundialda 34 ölkədən 360-dan çox idmançı medallar uğrunda yarışacaq.