son dəqiqə SON DƏQİQƏ
Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ● Birlik sədri baş redaktor Mahir Rüstəmlini təbrik etdi ● MOİK "Karvan-Yevlax"ı məğlub etdi ● "Gəncəbasar" darmadağınla qazandı ● "Şimal"dan böyükhesablı qələbə ● I Liqa: "Gəncəbasar" 7, "Şimal" 5 qolla qələbə qazandı ● "Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandanın məşq prosesində ● II Liqada 10-cu turun oyun təqvimi ● U-15 Dünya Çempionatı: "Neftçi" akademiyası digərlərini qabaqladı ● Valdas Dambrauskas Beynəlxalq Kitab Sərgisində iştirak edib ● "Şahdağ Qusar"ın "Gəncəbasar"la matçının vaxtı açıqlanıb ● Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdığını açıqlayıb ● Çindəki dünya çempionatında 7 gimnastımız mübarizə aparacaq ● "Kəpəz"in azarkeşləri hələ də mənim potensialımın 60-70 faizini görüblər" ● "Marafon" - "Qaradağ Lökbatan" matçının təqvimi açıqlanıb ● Rövşən Nəcəf Bakıda keçiriləcək mundialla bağlı paylaşım edib ● "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb ● Yığmalarımız Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər ● Eldar Zülfüqarov beynəlxalq turnirin görüşlərini idarə edəcək ● Güləş üzrə milli komandalarımız fizioterapistlərlə təmin olunacaq ● Avropa Kuboku: "Odlar Yurdu" "Srvena Zvezda"nı məğlub edib ●

Avropa Kuboku: "Odlar Yurdu" "Srvena Zvezda"nı məğlub edib

Bölmə adı Şahmat
Yayımlandı Dünən, 11:55

Monteneqroda keçirilən şahmat üzrə klublararası Avropa Kubokunda 5-ci tur başa çatıb.

Sport1.az xəbər verir ki, kişi şahmatçıların yarışında "Vüqar Həşimov" komandası Slovakiyanın "Slaviya" klubuna 2,5:3,5 hesabı ilə uduzub.

Hazırda "Vüqar Həşimov" klubu 6 xalla 22-ci pillədə qərarlaşıb.

Qadın şahmatçıların yarışında çıxış edən "Odlar Yurdu" isə Serbiyanın "Srvena Zvezda" klubunu 3:1 hesabı ilə məğlub edib.

Hesabında 8 xal olan "Odlar Yurdu" turnir cədvəlində 2-3-cü yerləri bölüşür.

"Vüqar Həşimov" klubunda Rauf Məmmədov, Aydın Süleymanlı, Şiroğlan Talıbov, Read Səmədov, Xəzər Babazadə, Vüqar Manafov və Kənan Qarayev, "Odlar Yurdu"nun heyətində isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparır.

4-cü turda "Vüqar Həşimov" klubunun heyətində yarışan Aydın Süleymanlı özbəkistanlı şahmat ulduzu Nodirbek Abdusattarovu məğlub etməklə diqqətə səbəb olub.

Bu gün Avropa Kubokunda VI turun partiyaları oynanılacaq.

"Vüqar Həşimov" Almaniyanın "FC St.Pauli 1910", "Odlar Yurdu" isə Lüksemburqun "Gambit Bonnevoie" klubu ilə mübarizə aparacaq.

Turnirə oktyabrın 23-də yekun vurulacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR