son dəqiqə SON DƏQİQƏ
Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ● "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" ●

"Dənizçilər"in liqada qalmaq üçün son çırpınışları - AFİŞA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 3-05-2025, 14:18

Misli Premyer Liqasında 33-cü turun maraqla gözlənilən görüşlərindən biri Şamaxıda baş tutacaq.

Sport1.az xəbər verir ki, turnir cədvəlinin 7-ci pilləsində yer alan meydan sahibləri autsayder "Səbail"i qəbul edəcək. Bu tərəflər arasında 27-ci qarşılaşma olacaq. Son görüşdə bölgə təmsilçisi səfərdə iki cavabsız qolla qalib gəlib - 0:2.

Öncəki oyunların 8-də "şirlər", 9-da isə paytaxt klubu qələbə qazanıb. 9 matçda isə tərəflər meydandan sülhlə ayrılıb.

Bu oyuna qədər "Şamaxı" "dənizçilər"in qapısından 25 top keçirib. Qonaqlar da öz növbəsində 25 qol vurmaqla say nisbətini bərabərləşdirməyi bacarıb.

"Səbail"in bu oyundan başqa 3 matçının qaldığını nəzərə alsaq, qarşılaşma xüsusi əhəmiyyət daşıyır. 9-cu sırada yer alan "Kəpəz"dən 7 xal az toplayan qonaqlar sonuncu pillədən qurtulmaq üçün görüşdən sərfəli nəticə ilə ayrılmalıdırlar.

MURAD ABDULLAZADƏ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR