son dəqiqə SON DƏQİQƏ
Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzur, "Sabah" "Neftçi" ilə qarşılaşır ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ●

“Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil”

Bölmə adı Digər
Yayımlandı Bu gün, 18:56

Beynəlxalq Stolüstü Tennis Federasiyasının (BSTF) nümayəndəsi Yevgeni Timçenko Azərbaycanda keçirilən seminar barədə fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, qazaxıstanlı mütəxəssis seminarın yüksək səviyyədə təşkil olunduğunu və yaradılan şəraitdən razı qaldığını bildirib.

“Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Bunun üçün Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm.

Təlimlərin uğurlu keçməsi üçün bütün lazımi şərait yaradılıb. Heç bir problemlə üzləşmədik. Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Onlar həqiqətən də yüksək səviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir.

Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailiyyətlər qazanacağına inanıram”, – deyə o, Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

Qeyd edək ki, oktyabrın 1-də başlayan seminar sabah başa çatacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR