son dəqiqə SON DƏQİQƏ
Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ● "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" ●

"Qarabağ"ın baş sponsoru “Azərsun Holdinq”də yeni rəhbər

Bölmə adı Premyer Liqa
Yayımlandı 2-05-2025, 20:36

“Azərsun Holdinq”in Müşahidə Şurasının yeni sədri müəyyənləşib.

Sport1.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal gətirilib.

Bu ilin yanvarında dünyasını dəyişən, Abdolbari Gozalin oğlu olan Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub.

Elə həmin ildən etibarən, “Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib.

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Xatırladaq ki, 2001-ci ildən başlayaraq “Qarabağ” Futbol Klubunun baş sponsoru, son illər isə tam sahibi “Azersun Holdinq”dir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR