son dəqiqə SON DƏQİQƏ
Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ● "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" ●

Qurban Qurbanov çatışmazlıqlarla bağlı planlar cızır - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 1-05-2025, 00:56

Çempionatın bitməsinə 4 tur qalsa da, "Qarabağ" Misli Premyer Liqasının qalibi oldu.

Ağdam təmsilçisi Azərbaycan Kubokunda da finala vəsiqə qazanıb. Lakin bəzi mütəxəssislər, azarkeşlər "köhlən atlar"ın zəiflədiyini düşünür. Buna səbəb "Qarabağ"ın 2024/25 mövsümündə Avropa Liqasının liqa mərhələsində 3 xalla 36-cı olmasıdır. İctimaiyyət Ağdam klubundan daha yaxşı nəticələr gözləyirdi.

Görəsən, Azərbaycanda rahat şəkildə titul qazanan "Qarabağ" avrokuboklarda niyə yaxşı nəticə əldə edə bilmədi? "Köhlən atlar" gələn mövsümün planlarını indidən cızmalıdırlar? Ağdam təmsilçisi heyətində hansı dəyişikləri etməlidir? Suallarımızı agent Tural Əsgərova ünvanladıq. Menecer mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Qarabağ”ın yeni mövsümdəki avrokuboklarla bağlı məqsədlərini bilmək lazımdır. Ötən illə müqayisədə daha yaxşı çıxış etməkdirsə, hazırkı heyətlə də bu işin öhdəsindən gələ bilərlər. Yox, hədəf ilk “16-lığ”a, “8-liy”, pley-offa və yarımfinala çıxmaqdırsa, komanda bütün mövqelər üzrə güclənməlidir. Təbii ki, komandanın güclü-zəif tərəfini hamımızdan yaxşı Qurban Qurbanov bilir. Əminəm ki, o, çatışmazlıqlarla bağlı planlar cızır”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR