son dəqiqə SON DƏQİQƏ
I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib "Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur "Sumqayıt"da yeni sözləşmə

Vernidub: “Bu, yaxşı hal deyil”

Bölmə adı Neftçi
Yayımlandı 11-09-2026, 18:57

"Neftçi" Misli Premyer Liqasının 5-ci turunda Yevlax şəhər stadionunda "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Niyə belə çətin qələbə qazandız?

- Birinci hissədə istədiyimiz kimi oynayırıq. Hansısa komanda 0:2 öndə olarkən hesab bərabərləşirsə, bu, yaxşı hal deyil. Futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamalı deyilik. Anlayıram ki, süni örtüklü meydançada oynamaq çətindir. Amma "İmişli" də eyni meydançada oynayır. Səhvləri araşdıracağıq, hər kəslə danışacağıq. Çox yersiz 2 qol buraxdıq. Bunları etməməli idik.

- Oyun bitəndən sonra hakimə narazılığınızı bildirirdiz?

- Hakimə narazı olduğum hansısa məqamla bağlı heç nə demədim.

- Qustavo Klisman gözəl qol vurdu. Bu, mövsümün qolu seçilə bilər?

- Bəli, bundan da yaxşı qollar görmüşəm. Məni sevindirən odur ki, yeni oyunçular performanslarını artırıblar. Digər xoş tərəf isə odur ki, meydana sonradan buraxdığımız futbolçu belə gözəl qol vurdu və bizə qələbə qazandırdı.

- Qeyd etdiz ki, yersiz qollar buraxdıq. Müdafiə xəttində çıxış edən futbolçuları tez-tez dəyişmək oyuna mənfi təsir etmir?

- Axtarışdayıq. Mərkəz müdafiəçiləri ilə digər oyunçular arasında əlaqələri yoxlamaq üçün bu cür gedişlər edirik. Əsas odur ki, əlimizdə 4 yaxşı mərkəz müdafiəçisi var. Hamı oynamaq istəyir. Çalışacağıq ki, hamıya şans verək.

- Bassala Sambunun adı oyunun iştirak ərizəsində yox idi. O, komandadan gedəcək?

- Bunu zaman göstərəcək. Hələ ki bizimlədir. Bəzi nüanslar var ki, komandanın daxilindədir. Bunları araşdıracağıq. Sambu başa düşməlidir ki, futbola futbol kimi yanaşmaq lazımdır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR