"Kəpəz"in kapitanı Dioqo Verdaska məşqdə zədələnib.
Sport1.az xəbər verir ki, ayaq əzələsini dartan portuqaliyalı müdafiəçinin qarşıdakı turda meydançaya çıxıb-çıxmayacağı tibbi müayinənin nəticəsindən sonra məlum olacaq.
"Sarı-göylər" Misli Premyer Liqasının 5-ci turunda "Qəbələ" ilə qarşılaşacaq.
Həmin matç sentyabrın 12-də, saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.