"Sabah" Karlos Eduardonu heyətinə cəlb etdiyini açıqlayıb.
Sport1.az xəbər verir ki, "bayquşlar" 24 yaşlı hücumçu ilə 1 illik icarə əsasında anlaşıb.
Sözləşmədə "Sabah"ın futbolçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.
Karlos karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020-2021), "Maritimu"nun B və əsas komandalarında (2021-2024), həmçinin "Felqeyraş"da (2024-2025) çıxış edib.