son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb Cüdoçularımız Dünya Çempionatını 11 medalla başa vurub “Neftçi” Estoniya klubunu məğlub edib Şahmatçılarımızdan fərqli nəticələr Azərbaycan - Tacikistan: "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı

"Klubumun belə bir şeylər etməsinə görə sadəcə fəxr hissi keçirirəm"

Bölmə adı Sabah
Yayımlandı 5-09-2026, 21:39

"Sabah" Misli Premyer Liqasının 4-cü turunda "Zirə"ni məğlub edib (5:0).

Sport1.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:

"Oyunçularımı təbrik edirəm. Onlar bu gün oyun planımızı möhtəşəm şəkildə meydançada icra etdilər. Oyuna çox yaxşı başladıq, 10 dəqiqədə 2 qol vurduq. Hücum və pressinq zamanı çox aqressiv idik. İstədiyimizi meydanda edə bilirdik. 3:0-dan sonra futbolçularımdan bir az məmnun qalmadım. Çünki oyunçularımda tələskənlik görürdüm. Onlar hər hücumu bitirməyə çalışırdılar, ancaq mən istəyirdim ki, onlar daha çox oyunumuzu rəqibə qəbul etdirsinlər. Bəzən iki yarımmüdafiəçimiz ara ötürmələrini bağlaya bilmirdi, bu hallardan o qədər də məmnun qalmadım. Komanda 5:0 qalib gəlirsə, qol da buraxmırsa, ümumən razı qalmamaq düzgün deyil. Komandamın bu günkü oyunundan çox məmnunam. Bu nəticəni unuduruq, qarşıdakı matça köklənirik".

- Umarali Raxmonaliyev və Stiv Solvetin vəziyyəti nə yerdədir?

- Onların nə vəziyyətdə olduqlarını bilmirik. Solvet MRT üçün xəstəxanaya yollandı. Bir az ciddi zədəyə oxşayır.

- Bu gün oyun planı sırf "Zirə"yə qarşı nəzərdə tutulmuşdu, yoxsa planın içərisində "Mançester Yunayted"lə görüş üçün də B planı var idi?

- Əlbəttə ki, eyni oyun planı ilə İngiltərəyə gedib, "Old Trafford"da "Mançester Yunayted"ə qarşı oynaya bilməzsən. Düzdür, bizim kimliyimiz var. Bu da ondan ibarətdir ki, çalışdıqca hücumda daha çox fəal olmaq, daha çox qol vurmaqdır. İndi kimə qarşı oynayacağımızı bilirik. Təbii ki, bizim "Mançester Yunayted"ə qarşı fərqli planımız və fərqli hazırlığımız olacaq.

- "Sabah" uşaq futboluna və akademiyanın inkişafına önəm verir. Baş məşqçi kimi sizin buna münasibətiniz necədir?

- Klubumun belə bir şeylər etməsinə görə sadəcə fəxr hissi keçirirəm. Avropada elə klublarda çalışmışam ki, həmin klublar bir il avrokuboklarda iştirak ediblər, bir ildən sonra iflas olublar. Mənim klubum uşaq futboluna, akademiyalara yatırım edib, struktur qurursa, inanılmaz duyğudur, möhtəşəm işlərdir. Bu, tək "Sabah" üçün edilmiş bir şey deyil, Azərbaycan futbolu üçün edilmiş investisiyadır. O uşaqlar tək “Sabah” yox, Azərbaycan millisi üçün də çalışa bilərlər.

- Bəzən baş məşqçilər vacib oyun ərəfəsində bəzi əsas oyunçularını qoruyur. Bu gün Umarali Raxmonaliyev və Stiv Solvet zədələndi. “Zirə” ilə matç sizin üçün vacib idi, yoxsa futbolçuları tonusda saxlamaq önəmli idi deyə, onları meydana buraxmışdınız?

- Futbolçuların vəzifələri sadəcə məşq etmək yox, həm də oynamaqdır. Bizdə hələlik məlumat yoxdur ki, "Mançester Yunayted"ə qarşı kimlər oynamayacaq. Amma sizə onu söz verə bilərəm ki, biz "Mançester Yunayted"ə qarşı 10 nəfərlə oynamayacağıq, yenə də 11 nəfərimiz var və onlar da oynamağa hazırdır. Meydana kim daxil olursa-olsun, bizim oyun keyfiyyətimiz düşmür. 27 gün ərzində 8 oyunumuz var. Elə lüksümüz var ki, oynayaq və 2 gün istirahət verək futbolçularımıza. 19 noyabrdan sonra dekabrın 9-na qədər 7 oyunumuz var. Çalışacağıq ki, öz tempimizi saxlayaq. Bir oyun bitdikdən sonra önəmli olan qarşıdakı matça hazırlaşmaqdır. Ona görə də Çempionlar Liqasına xoş gəldiniz.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR