İsveçrənin Lozanna şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Sport1.az xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 idmançı (10 kişi, 4 qadın) ilə mübarizə aparacaq.
Kollektivə kişilərdən ibarət millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmanın çalışdırıcısı Amina Abdellatif rəhbərlik edəcəklər.
Üç gün davam edəcək (28, 29, 30 avqust) turnirdə 78 ölkədən 518 cüdoçu (309 kişi, 209 qadın) tatamiyə çıxacaq.
Dünya Cüdo Turuna daxil olan yarışda "A" kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Qadınlar
-52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
Kişilər
-60 kq
Əhməd Yusifov
-66 kq
Turan Bayramov
Ruslan Paşayev
-73 kq
Kamran Süleymanov
Rəşid Məmmədəliyev
-81 kq
Ömər Rəcəbli
Vüsal Qələndərzadə
-90 kq
Vüqar Talıbov
+100 kq
Kənan Nəsibov
Uşanqi Kokauri