son dəqiqə SON DƏQİQƏ
İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır - "Çelsi", "Real", kim gəlir gəlsin" AFFA İntizam Komitəsi bu səbəbdən "Neftçi"ni 2000 manat cərimələyib Boksçularımız Gürcüstana yollanıb "Neftçi" hücumçu Alessio Kurçi ilə bağlı qərarını açıqlayıb - Bölgə klubundan müdafiəçi transferi Qarabağ klubunda yeni müqavilə ÇL: "Sabah"ın Liqa mərhələsindəki rəqibləri bu tarixdə müəyyənləşəcək Günün oyunları:

“Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq”

Bölmə adı Konfrans Liqası
Yayımlandı Bu gün, 18:31

“Tvente”nin yarımmüdafiəçisi Rut Neysdat UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab qarşılaşması öncəsi komandasının hazırlıq vəziyyətindən söz açıb.

Sport1.az xəbər verir ki, niderlandlı orta sahə oyunçusu Bakıdakı görüşdən əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Neysdat beynəlxalq turnirlərdə ələ düşən imkanlardan maksimum yararlanmağın vacibliyinə diqqət çəkib:

“Avropa turnirləri yerli çempionatdan fərqli səviyyədir. Burada əldə etdiyin hər bir vəziyyətdən maksimum istifadə etməlisən. İlk qarşılaşma bizim üçün müəyyən təcrübə oldu və buraxdığımız xətalardan dərs çıxardıq. Öz fərdi inkişafım baxımından da Avropa kuboklarında oynamaq böyük əhəmiyyət kəsb edir”.

Yarımmüdafiəçi ilk matçdakı epizodik xətalarına və baş məşqçinin ona verdiyi tapşırıqlara da toxunub:

“Həmin epizodda bir qədər tələskənliyə yol verdim və ötürməni tez etməyə çalışdım. Matç başa çatdıqdan sonra baş məşqçi mənimlə həmsöhbət oldu, nəyi daha düzgün edə biləcəyimi izah etdi. Bu cür dəstəyi hiss etmək mənim üçün çox vacibdir. Cavab qarşılaşmasında komandama daha çox fayda vermək üçün əlimdən gələni edəcəyəm”.

“Qarabağ” – “Tvente” matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Səfərdə keçirilən ilk görüşdə Ağdam təmsilçisi 1:0 hesablı üstünlük əldə edib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR