Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kestutis Vaskelevisius "Sabah" klubu ilə bağlı paylaşım edib.
Sport1.az xəbər verir ki, Litvanın ölkəmizdəki səlahiyyətli nümayəndəsi yazdığı mətndə "bayquşlar"ın UEFA Çempionlar Liqasının əsas mərhələyə yüksəlməsindən bəhs edib.
Vaskelevisius baş məşqçi Valdas Dambrauskasdan da söz açıb:
"Azərbaycanı möhtəşəm və dramatik qələbə münasibətilə təbrik edirəm.
Klubun tarixində yeni uğurlara imza atan, Litvanı öz işi ilə məşhurlaşdıran çalışdırıcı Dambrauskasla qürur duyuruq.
Hər iki ölkə üçün uğurlu axşam oldu. Əsl futbol tamaşası izlədik".
Xatırladaq ki, "Sabah" Bakıda baş tutan cavab qarşılaşmasında "Hapoel"i məğlub edərək (5:2) UEFA Çempionlar Liqasının əsas raunduna adını yazdırıb.