Qadın voleybolçular arasında keçirilən Avropa Çempionatının C qrupunda bu gün daha iki oyun keçiriləcək.
Sport1.az xəbər verir ki, saat 15:30-da Niderland və Belçika yığmalarınin dueli baş tutacaq.
Portuqaliya millisi saat 18:30-da Rumıniya seçməsi ilə qarşılaşacaq.
Belçika 11 xalla 1-ci, hərəyə 8 xalı olan Niderland və Azərbaycan milliləri 2-3-cü pillələrdə qərarlaşıb.
Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın 1 xalı var.
C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq.