SON DƏQİQƏ
“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, La Liqa təmsilçisi Gürcüstan millisinin üzvü Giorgi Koçoraşvilini transfer edib.
27 yaşlı yarımmüdafiəçi ilə 2030-cu il iyunun 30-dək müqavilə imzalanıb. İspaniya klubu bu keçid üçün “Sportinq”ə 4 milyon avro ödəyib.
Qeyd edək ki, Koçoraşvili yeni komandası ilə bu gün “Atletik”ə qarşı keçiriləcək səfər oyununa yollanacaq.