Azərbaycanın 3x3 basketbol millisinin Belçikada keçiriləcək FİBA Avropa Kubokunda qrup oyunlarının təqvimi açıqlanıb.
Sport1.az xəbər verir ki, komanda A qrupunda Niderland və Ukrayna ilə qarşılaşacaq.
Yığma sentyabrın 12-də, Bakı vaxtı ilə saat 16:20-də Niderlandla, 20:55-də Ukrayna ilə üz-üzə gələcək.
Turnir sentyabrın 11-dən 13-nə qədər baş tutacaq.