Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - YENİLƏNİR

Bölmə adı Qarabağ / Manşet
Yayımlandı Bu gün, 09:38

UEFA Konfrans Liqasında təmsilçimiz "Qarabağ" bu axşam kritik matça çıxacaq.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi yarışın pley-off mərhələsinin cavab oyununda "Tvente"ni qəbul edəcək.

Qurban Qurbanovun komandası ötən həftə Niderlandda əldə olunan qələbə hesabını qoruya bilsə, yeni mövsüm yarışın əsas raundunda mübarizə aparacaq.

UEFA Konfrans Liqası. Pley-off mərhələsi. Cavab oyunu

20:00 "Qarabağ" (Azərbaycan) - "Tvente" (Niderland) (ilk oyun - 1:0)
Baş hakim: Rohit Saggi
Yan xətt hakimləri: Anders Olav Dale, Ole Andreas Haukasen
Dördüncü hakim: Marius Hansen Qrotta
VAR: Kristoffer Hagenes (hamısı Norveç)
AVAR: Alan Kiyas (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR