SON DƏQİQƏ
"Neftçi" PFK-nın Media departamenti mərhum Sergey Kramarenko haqda sənədli film hazırlayıb.
Sport1.az xəbər verir ki, filmdə unudulmaz “1 nömrə”nin oğlu Dmitri Kramarenko, veteran futbolçular – Kazbek Tuayev, Asif Əliyev, Rüstəm Rəhimov, “Neftçi” azarkeşi Akif Əliyev və tanınmış jurnalist Vasif Ağamirov onunla bağlı xatirələrini bölüşüblər.
Sergey Kramarenkonun uşaqlıq illərindən vəfatına qədər demək olar ki, bütün ömrünü və karyerasını əhatə edən sənədli filmi aşağıdakı keçiddən izləyə bilərsiniz: