SON DƏQİQƏ
“Nyukasl” “Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Niko Qonsalesin transferini açıqlayıb.
Sport1.az xəbər verir ki, 24 yaşlı ispaniyalı futbolçu İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb.
Transferin məbləğinin bonuslar nəzərə alınmadan 55 milyon avro olduğu bildirilir.
Qeyd edək ki, Qonsales 2025-ci ilin fevralında 60 milyon avro qarşılığında “Portu”dan “Mançester Siti”yə keçib. O, ötən mövsüm “şəhərlilər”in heyətində 41 oyunda 2 qol vurub.