"Qarabağ" azarkeşlərinin diqqətinə

Bölmə adı Qarabağ
Yayımlandı Bu gün, 11:34

Sabah UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" matçından əvvəl əyləncəli fan-zona təşkil ediləcək.

Sport1.az xəbər verir ki, "Azərsun Holdinq"in təşkilatçılığı ilə baş tutacaq fan-zonada xüsusən azyaşlı azarkeşlər əyləncəli futbol həyəcanı yaşaya biləcəklər.

Ənənə halına salınan fan-zonada musiqi, DJ performansı, maraqlı oyunlar, hədiyyələr və əsl futbol ab-havası hökm sürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında olacaq fan-zonaya saat 18:00-dan etibarən daxil ola bilərsiniz.

Fan-zonaya gələn qonaqlar "Azərsun Holdinq"in müxtəlif markalarının məhsullarından da dadmaq imkanı əldə edəcəklər.

"Azerçay", "Joyzz", "Zeytun Bağları", "Bizim Süfrə", "Azərsüd", "Shokki Mokki" və "Bizim Tarla" markaları azarkeşlərə öz məhsullarını təqdim edəcək.

Xatırladaq ki, matç saat 20:00-da başlanacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR