SON DƏQİQƏ
Portuqaliya millisi Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda ilk qələbəsini qazanıb.
Sport1.az xəbər verir ki, komanda günün ilk matçında İspaniyanı məğlub edib.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşma 3:1 hesabı ilə bitib.
Günün ikinci görüşündə Azərbaycan yığması Belçika ilə qarşılaşacaq. Bu oyun saat 18:30-da start götürəcək.
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-dək Bakıda təşkil olunacaq.